Qırğızıstan Prezidenti: ŞƏT dünyada böhranların qarşısının alınmasında daha fəal rol oynamalıdır

Qırğızıstan Prezidenti: ŞƏT dünyada böhranların qarşısının alınmasında daha fəal rol oynamalıdır

Tarix: 01 Sep 2026 12:39

"Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dünyada siyasi böhranların qarşısının alınmasında daha fəal rol oynamalıdır".

APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

O bildirib ki, ŞƏT 25 il ərzində mühüm inkişaf yolu keçərək siyasi, iqtisadi və humanitar əməkdaşlıq üçün nüfuzlu platformaya çevrilib.

Sadır Japarov ŞƏT çərçivəsində preventiv diplomatiyanın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

“Biz siyasi fikir ayrılıqları böhrana, böhran isə silahlı münaqişəyə çevrilməzdən əvvəl hərəkət etməyi öyrənməliyik”, – Qırğızıstan Prezidenti bildirib.

O, həmçinin terrorizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin gücləndirilməsinə çağırıb.

Faiq Mahmudov Sadır Japarov ŞƏT

Mənbə: apa.az

Xəbər Lenti