Çərşənbə axşamı, 1 Sentyabr, 2026
Tarix: 01 Sep 2026 12:30
"Müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin dəyişikliklər fonunda BMT-nin mərkəzi əlaqələndirici rolunun təsdiqlənməsi xüsusi əhəmiyyət daşıyır".
APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov “ŞƏT plyus” formatında keçirilən görüşdə deyib.
O bildirib ki, Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyini belə geniş və mötəbər formatda keçirilən tədbirlə başa vurmaqdan şərəf duyur.
Sadır Japarov qeyd edib ki, görüşün əsas mövzusu “BMT ədalətli dünya nizamının əsas elementi kimi: ŞƏT plyus dövlətlərinin çoxqütblü dünyanın formalaşmasına töhfəsi”dir.
“Bu mövzunun seçilməsi müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin dəyişikliklərlə şərtlənir. Bu gün Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolunu, eləcə də ədalətli, dayanıqlı və bərabərhüquqlu dünya nizamının formalaşdırılması üzrə ümumi məsuliyyəti təsdiqləmək xüsusilə vacibdir”, – Qırğızıstan Prezidenti vurğulayıb.
Faiq Mahmudov Sadır Japarov ŞƏTMənbə: apa.az