Çərşənbə axşamı, 1 Sentyabr, 2026
Tarix: 01 Sep 2026 13:31
Pakistanın Baş naziri Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb.
APA xəbər verir ki, o, bu barədə “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.
Şahbaz Şərif bildirib ki, dünya misli görünməmiş dəyişikliklər və təlatümlər dövründən keçir. Onun sözlərinə görə, BMT daha effektiv fəaliyyət göstərmək üçün islahata ehtiyac duyur.
Baş nazir qeyd edib ki, Pakistan son iki il ərzində beynəlxalq sülhə fəal şəkildə töhfə verib.
O vurğulayıb ki, ABŞ və İran arasında imzalanan İslamabad Memorandumu Körfəzdəki münaqişənin sona çatdırılması üçün ən yaxşı yollardan biri olub.
Şahbaz Şərif Məkkə razılaşmasının regionda sülh perspektivlərini gücləndirdiyini vurğulayıb. O, həmçinin Fələstin xalqının məruz qaldığı zülmün qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin fəal addımlar atmalı olduğunu bildirib.
Toğrul Quluzadə Pakistan Baş naziri Şahbaz Şərif ŞƏTMənbə: apa.az