Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşüb

Tarix: 01 Sep 2026 13:23

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri İshaq Darla Bişkekdə keçirilən ŞƏT sammiti çərçivəsində söhbət edib.

APA xəbər verir ki, bu barədə Pakistanın xarici işlər nazirliyi “X” hesabında məlumat yayıb.

Məlumatda nazirlərin Azərbaycanla Pakistan arasında olan qardaşlıq və dostluq münasibətləri vurğulanıb.

Tərəflər qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı qətiyyətlərini ifadə ediblər.

Ceyhun Bayramov və İshaq Dar qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə edib.

Azərbaycan Pakistan Ceyhun Bayramov İshaq Dar
Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşüb

Mənbə: apa.az

Xəbər Lenti