Çərşənbə axşamı, 1 Sentyabr, 2026
Tarix: 01 Sep 2026 13:07
“ŞƏT plyus” formatı Şanxay Əməkdaşlıq Təşkilatının artan nüfuzunun göstəricisi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformadır.
APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Tacikistan Prezidenti Emoməli Rahmon “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.
O bildirib ki, dünya geosiyasi ziddiyyətlərin və regional münaqişələrin dərinləşməsi, terrorizm, ekstremizm və radikalizm təhlükələrinin artması, həmçinin enerji və ərzaq problemləri ilə üzləşir.
Tacikistan Prezidenti iqlim dəyişikliyinin fəsadlarının getdikcə daha çox hiss olunduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu çağırış ümumi strategiyanın hazırlanmasını və səylərin birləşdirilməsini tələb edir.
Emoməli Rahmon Tacikistanın su ehtiyatları, iqlim və davamlı inkişaf sahəsində irəli sürdüyü təşəbbüsləri xatırladıb.
O, 2030-cu ildən sonrakı qlobal su gündəliyinə töhfə vermək məqsədilə Düşənbə çərçivə proqramının təklif olunduğunu qeyd edib.
Tacikistan Prezidenti sivilizasiyalararası dialoqun, sülhün, dostluğun və tolerantlığın ekstremizmə qarşı mühüm vasitə olduğunu bildirib.
Faiq Mahmudov Tacikistan Prezidenti Emoməli Rahmon “ŞƏT plyus” formatıMənbə: apa.az