Lukaşenko ŞƏT-ə çağırış edib: İnsanlar bizdən konkret addımlar gözləyir

Lukaşenko ŞƏT-ə çağırış edib: İnsanlar bizdən konkret addımlar gözləyir

Tarix: 01 Sep 2026 13:02

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində konkret addımlar atmalıdır.

APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

“İnsanlar bizdən çoxqütblülük istiqamətində konkret addımlar gözləyirlər. Vaxt gedir. Əgər vaxtı itirsək, BMT-nin hazırkı vəziyyətinə düşə bilərik”, – Lukaşenko bildirib.

Belarus Prezidenti vurğulayıb ki, ŞƏT ölkələrinin iştirakı olmadan iqlim dəyişikliyi, epidemiyalarla mübarizə və enerji bazarlarının sabitləşdirilməsi kimi qlobal problemlərin həlli mümkün deyil.

Onun sözlərinə görə, ŞƏT ilə BMT arasında əməkdaşlığın gücləndirilməsi beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə, terrorizm, kibertəhdidlər və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə töhfə verə bilər.

Lukaşenko hesab edir ki, ŞƏT perspektivdə BMT-nin yenilənməsinin katalizatoruna çevrilərək təşkilatın qlobal problemlərin həllində rolunun gücləndirilməsinə kömək edə bilər.

Faiq Mahmudov Belarusiya Lukaşenko ŞƏT

Mənbə: apa.az

Xəbər Lenti