Pakistan və Ermənistan XİN rəhbərləri regional məsələləri müzakirə edib

Pakistan və Ermənistan XİN rəhbərləri regional məsələləri müzakirə edib

Tarix: 01 Sep 2026 12:55

Pakistanın xarici işlər naziri İshaq Dar erməni həmkarı Ararat Mirzoyanla Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammiti çərçivəsində görüşüb.

APA xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə XİN rəhbərlərinin ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanın artırılması ilə bağlı qətiyyəti vurğulanıb.

Nazirlər regional və beynəlxalq müstəvidə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Toğrul Quluzadə Pakistan Ermənistan xarici işlər nazirləri İshaq Dar Ararat Mirzoyan

Mənbə: apa.az

Xəbər Lenti