Çin lideri: ŞƏT Avrasiyada ümumi rifahın əsas hərəkətverici qüvvələrindən olmalıdır

Çin lideri: ŞƏT Avrasiyada ümumi rifahın əsas hərəkətverici qüvvələrindən olmalıdır

Tarix: 01 Sep 2026 12:50

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Avrasiya məkanında ümumi rifahın və iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən birinə çevrilməlidir.

APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

Si Cinpin bildirib ki, ŞƏT 25 il ərzində böyük dövlətlər arasında münasibətlərin qurulması, mehriban qonşuluq əlaqələrinin inkişafı, eləcə də böyük və kiçik ölkələr arasında əməkdaşlığın təşviqi baxımından nümunəyə çevrilib.

Onun sözlərinə görə, ŞƏT-in əhatə etdiyi geniş məkan dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddə birini əhatə edir.

Si Cinpin qeyd edib ki, təşkilat enerji, təhlükəsizlik, iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üçün Avrasiyanın əsas platformalarından birinə çevrilib.

Çin lideri ŞƏT çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığın genişləndirilməsinə, mövcud potensialdan daha səmərəli istifadəyə və Avrasiyada yeni iqtisadi artım mərkəzlərinin formalaşdırılmasına çağırıb.

Faiq Mahmudov Çin Xalq Respublikası Si Cinpin “ŞƏT plyus” formatı

Mənbə: apa.az

Xəbər Lenti