Putin və Pezeşkian danışıqlar aparıb

Putin və Pezeşkian danışıqlar aparıb

Tarix: 01 Sep 2026 18:34

Rusiya Prezidenti Vladimir Putinin İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, görüş Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub.

Putin görüşün protokol hissəsində çıxışında Rusiyanın İran xalqı ilə həmrəy olduğunu söyləyib. Bildirib ki, Rusiya İranın milli maraqları uğrunda mübarizədə göstərdiyi cəsarət və dözümlülüyə heyrandır.

Məsud Pezeşkian isə çıxışında Rusiyanın tutduğu mövqeyə görə təşəkkür edib: "Siz bizi BMT-də və digər beynəlxalq təşkilatlarda dəstəklədiniz. Sizə təşəkkür edirik və minnətdarıq. Münasibətlərimiz strateji xarakter daşıyır. Biz inanırıq və əminik ki, bu yolla ABŞ-ın birtərəfliliyinə və bizə tətbiq etdiyi bütün yanlış sanksiyalara qarşı çıxa bilərik. Biz onları birtəhər keçə bilərik və ŞƏT və digər təşkilatlar kimi çərçivələr daxilində bütün birtərəfliliyi keçə və beləliklə, çoxtərəflilik səviyyəsində əməkdaşlıq edə bilərik".

Fərid Əkbərov #İran #Pezeşkian #Rusiya #Putin

Mənbə: apa.az

Xəbər Lenti