Çərşənbə axşamı, 1 Sentyabr, 2026
Tarix: 01 Sep 2026 17:59
Türkiyə Akkuyu ilə yanaşı bir sıra yeni atom elektrik stansiyalarının açılışını planlaşdırır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Rusiya lideri Vladimir Putinlə keçirdiyi görüş zamanı məlumat verib.
“Akkuyu Atom Elektrik Stansiyasının açılışı ilə birlikdə yeni bəzi stansiyaların açılışı ilə bağlı addımları da yenə birlikdə atacağıq”, - deyə Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərində Akkuyu Atom Elektrik Stansiyası böyük əhəmiyyət daşıyır.
Ərdoğan bildirib ki, hazırda artıq Akkuyu Atom Elektrik Stansiyasının tamamlanma mərhələsindədir.
Dəryanur Cəfərova #Ərdoğan #Akkuyu #atomstansiyalarıMənbə: apa.az