Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 05 Jun 2024 23:57
Putin: Qəzzadakı vəziyyət müharibəyə bənzəmir
HƏMAS-ın hücumuna İsrailin cavabı müharibəyə bənzəmir. APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq Forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.
O, Qəzzadakı vəziyyətin müharibəyə deyil, əhalinin tamamilə məhv edilməsinə bənzədiyini söyləyib.
Putin Yaxın Şərqdəki münaqişənin Fələstin dövlətinin yaradılması və tanınması yolu ilə həll edilməli olduğunu qeyd edib.