Putin Zelenskinin Rusiya hava məkanının tam bağlanması ilə bağlı bəyanatını “dövlət terrorizmi” adlandırıb

Putin Zelenskinin Rusiya hava məkanının tam bağlanması ilə bağlı bəyanatını “dövlət terrorizmi” adlandırıb

Tarix: 02 Sep 2026 00:49

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın hava məkanının tam bağlanması ilə bağlı bəyanatına münasibət bildirib.

APA-nın Moskva bürosunun məlumatına görə, Putin Zelenskinin bu bəyanatını “dövlət terrorizmi” adlandırıb.

Rusiya Prezidenti qeyd edib ki, Ukrayna tərəfi eyni zamanda görüşlərin keçirilməsini və danışıqların aparılmasını istəyir.

“Terrorçularla danışıqlar aparılmır”, – deyə Putin bildirib. Putin bildirib ki, Rusiya Kiyev hakimiyyətinə zərbə endirmir: "Bizə hansısa danışıqçılar lazımdır" deyə düşünürük. Əgər hava hücumu təhdidləri həyata keçirilərsə, biz cavab vermək üçün vasitələr tapacağıq".

Fərid Əkbərov Rusiya Ukrayna Vladimir Putin Volodimir Zelenski

Mənbə: apa.az

Xəbər Lenti