Şamaxıda zəlzələ baş verib

Şamaxıda zəlzələ baş verib

Tarix: 02 Sep 2026 07:27

Pirqulu stansiyasından 23 kilometr cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 03:39-da qeydə alınan zəlzələnin maqnitudası 3,9 olub. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin ocağı 14 kilometr dərinlikdə yerləşib.

şamaxı

Mənbə: apa.az

Xəbər Lenti