Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 06 Jun 2024 08:33
Çexiyadan Ukraynaya gedən sərnişin qatarının Pardubitse şəhəri ərazisində yük qatarı ilə toqquşması nəticəsində 4 nəfər həlak olub, onlarla yaralı var.
APA xəbər verir ki, ilkin ehtimala görə qəzaya sərnişin qatarının maşınistinin dayanma nişanının tələbinə uymaması səbəb olub və nəticədə iki qatar toqquşub.
Xilasetmə əməliyyatlarına helikopterlər də cəlb olunub.