Çərşənbə, 2 Sentyabr, 2026
Tarix: 02 Sep 2026 08:00
Qlobal fond bazarlarında əsas indekslər üzrə azalma davam edib. “APA-Economics” xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 419,02 bənd və ya 0,79% azalaraq 52 766,88 bəndə, S&P 500 54,67 bənd və ya 0,71% geriləyərək 7 631,47 bəndə, Nasdaq Composite isə 271,12 bənd və ya 1,03% azalaraq 26 099,77 bəndə düşüb. NYSE Composite 0,46% azalaraq 24 349,28 bənd, Kanadanın S&P/TSX Composite indeksi isə 1,23% geriləyərək 35 825,73 bənd təşkil edib. Avropada Euro Stoxx 50 0,80% azalaraq 6 368,98 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,32% geriləyərək 10 789,28 bəndə, Almaniyanın DAX indeksi 1,10% azalaraq 25 970,11 bəndə düşüb. Fransanın CAC 40 indeksi 0,39% azalaraq 8 301,85 bənd, İspaniyanın IBEX 35 indeksi isə 0,75% geriləyərək 19 824 bənd olub. Asiya-Sakit okean regionunda eniş daha kəskin olub. Yaponiyanın Nikkei 225 indeksi 2,75% azalaraq 64 394,94 bəndə, TOPIX 2,16% geriləyərək 4 091,58 bəndə düşüb. Honq-Konqun Hang Seng indeksi 1% azalaraq 25 076,73 bəndə, Çinin CSI 300 indeksi 1,25% geriləyərək 4 553,99 bəndə, Avstraliyanın S&P/ASX 200 indeksi isə 1,22% azalaraq 8 955,70 bəndə enib. Fond bazarlarındakı eniş ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən kəskinləşməsi, neftin bahalaşması və istiqraz gəlirliliyinin yüksəlməsi ilə əlaqələndirilir. ABŞ-ın İrana yeni zərbələrindən sonra neftin bahalaşması inflyasiya ilə bağlı narahatlıqları artırıb. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 4,8%-i ötərək son illərin yüksək səviyyəsinə çatıb.
Rahim TarıverdiyevMənbə: apa.az