Kiyevdə reaktiv PUA hücumu fonunda partlayış baş verib

Kiyevdə reaktiv PUA hücumu fonunda partlayış baş verib

Tarix: 02 Sep 2026 09:09

Sentyabrın 2-də səhər saatlarında Kiyevdə reaktiv pilotsuz uçuş aparatlarının hücumu fonunda partlayış baş verib.

Bu barədə "RBK-Ukrayna" Ukrayna Hərbi Hava Qüvvələri və Kiyev Şəhər Hərbi Administrasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələri Kiyev və Kiyev vilayəti istiqamətində bir neçə reaktiv PUA-nın hərəkət etdiyini qeydə alıb.

PUA-lardan birinin Çerkassı vilayətindən Kiyev vilayətinə, digərinin şimaldan Hostomel və Buça istiqamətinə, üçüncünün Kiyevə, daha birinin isə Obuxov istiqamətinə uçduğu bildirilib.

PUA təhlükəsi ilə əlaqədar Kiyevdə hava həyəcanı elan edilib və sakinlərə sığınacaqlara getmək çağırışı edilib. Bir müddət sonra paytaxtda partlayış səsi eşidilib.

Kiyev Ukrayna PUA hava hücumu

Mənbə: apa.az

Xəbər Lenti