Çərşənbə, 2 Sentyabr, 2026
Tarix: 02 Sep 2026 10:42
Azərbaycanın ilk fast-food brendi “Şaurma N1” bir ayda 3 yeni filialını açaraq xidmət göstərdiyi nöqtə sayını 31-ə yüksəldib. Şirkət Nərimanov Rayonu, Aşıq Molla Cümə küçəsində, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, II terminalında və Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsində (Fəvvarələr meydanı) yeni filiallarla müştərilərə xidmət göstərəcək.
1998-ci ildə xüsusi resept hazırlayaraq fast-food bazarına girən şirkət tez bir zamanda Azərbaycanda böyük auditoriya topladı. Sürət, keyfiyyət, möhtəşəm dad və uyğun qiymət axtaranların seçiminə çevrilən “Şaurma N1” bu ənənəvi dadı 28 ildir ki qoruyub saxlayır. Restoranlar şəbəkəsində həmçinin isti yeməklər, pizzalar, salatlar, sərinləşdirici içki və kofelər müştərilərə təqdim edilir.
Şirkət yenilənən konsepti və strateji böyümə hədəflərinə uyğun olaraq Azərbaycanın böyük şəhərlərində və rayonlarında da filialların açılışını planlaşdırır. Eyni zamanda şirkət milli Azərbaycan brendi kimi qloballaşmaq yolunda da strateji fəaliyyət planını hazırlayar, öncə Qafqaz, daha sonra isə Asiya ölkələrində genişlənməyi hədəfləyir.
Məlumat üçün bildirək ki, 1998-ci ildən fəaliyyət göstərən “Şaurma N1” keyfiyyət, dad və sürətli xidmət prinsiplərini bir araya gətirən müasir və milli fast-food brendidir. Brendin əsas üstünlüklərindən biri məhsulların hazırlanmasında keyfiyyətli və seçilmiş inqrediyentlərə üstünlük verilməsidir. Menyuda fərqli zövqlərə uyğun seçimlərin olması, məhsulların standartlaşdırılmış reseptlərlə hazırlanması və xidmət sürəti müştəri təcrübəsini ön plana çıxarır. Şaurma N1 həm əlçatan qiymət siyasəti, həm də müasir restoran konsepti ilə geniş auditoriya üçün cəlbedici seçim yaradır. Brendin əsas hədəfi hər ziyarətdə eyni yüksək dad və keyfiyyət standartını təmin etməkdir.
APA-Economics Şaurma N1 fast-food


Mənbə: apa.az