Çərşənbə, 2 Sentyabr, 2026
Tarix: 02 Sep 2026 13:49
İsraildə media turunda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin şimalında Livanla sərhəddə yerləşən Adir dağına səfər ediblər.
APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, səfər çərçivəsində jurnalistlərə Livan və Suriya ilə sərhəddəki vəziyyət, bölgədəki təhlükəsizlik məsələləri və sərhəd münaqişələri ilə bağlı siyasi və təhlükəsizlik brifinqi təqdim olunub.
Brifinq zamanı İsrailin şimal sərhədlərindəki mövcud vəziyyət, regionda baş verən proseslər və onların təhlükəsizlik aspektləri barədə məlumat verilib.
Qeyd edək ki, İsrail və Livan arasında danışıqlar fonunda regiondakı təhlükəsizlik vəziyyəti və iki ölkənin sərhədində baş verən proseslər də səfər zamanı diqqət mərkəzində olub. Jurnalistlərə İsrail-Livan münasibətləri, sərhəddəki vəziyyət və danışıqların mümkün təsirləri barədə məlumat verilib.
İlqar Xudiyev #İsrail #mediatur #Azərbaycan #jurnalistlər #Livan


Mənbə: apa.az