Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb

Tarix: 03 Sep 2026 09:27

Dünya bazarında Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb.

"APA-Economics" xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,46% artaraq 101,96 ABŞ dollarına yüksəlib.

Bundan əvvəl Azərbaycan nefti 97,61 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Rahim Tarıverdiyev neft birja Azeri Light Azərbaycan

Mənbə: apa.az

Xəbər Lenti