AMB “CFI Financial İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib

AMB “CFI Financial İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib

Tarix: 03 Sep 2026 11:47

“CFI Financial İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

"APA-Economics" bu barədə Mərkəzi Banka (AMB) istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən şirkətdə aparılmış tematik yoxlama zamanı “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyi müəyyən olunub.

Aşkarlanmış pozuntu ilə əlaqədar investisiya şirkətinin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, “CFI Financial İnvestisiya Şirkəti” QSC 2024-cü ilə kimi “Az-Finance İnvestisiya Şirkəti” adı ilə fəaliyyət göstərib. Şirkət 2024-cü ildə beynəlxalq “CFI Financial Group” tərəfindən alınıb və sonradan adı dəyişdirilib. Hazırda investisiya şirkətinin səhmlərinin 100%-i CFI qrupuna məxsusdur. Şirkətin İdarə Heyətinin sədri Pərvanə Qasımovadır.

Rahim Tarıverdiyev AMB İnvestisiya Şirkəti cərimə yoxlama CFI Financial

Mənbə: apa.az

Xəbər Lenti