Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Tarix: 03 Sep 2026 16:56

“Bank of Baku” ASC-də rəhbər vəzifəyə yeni təyinat həyata keçirilib.

Belə ki, Zöhrab Niftəliyev bankın İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Zöhrab Niftəliyev uzunmüddətli peşəkar təcrübəyə malikdir. O, 2008-2009-cu illərdə AzStarNet şirkətində, 2009-2011-ci illərdə isə “Azərsun Holdinq”də proqramçı olaraq fəaliyyət göstərib. 2011-ci ildən isə Azercell Telekom” MMC-də fəaliyyət göstərməyə başlayıb. Burada 2021-ci ilədək Data mühəndisi, 2021-2026-cı illərdə isə Biznes sistemlərinə dəstək şöbəsinin rəhbəri vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, Zöhrab Niftəliyev 2003-2007-ci illərdə Bakı Mühəndislik Universitetində Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı üzrə təhsil alıb

APA-Economics Zöhrab Niftəliyev Bank of Baku müşavir təyinat

Mənbə: apa.az

Xəbər Lenti