ABŞ Ukraynaya 225 milyon dollar dəyərində yardım göndərə bilər

Tarix: 07 Jun 2024 05:05

ABŞ hakimiyyəti Ukraynaya təxminən 225 milyon dollar məbləğində əlavə hərbi yardım göndərə bilər.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yeni paketə HIMARS sistemləri üçün sursatlar, “Hawk” hava hücumundan müdafiə raketləri, “Stinger” yer-hava raket kompleksləri, “Javelin” tank əleyhinə raket sistemləri, zirehli maşınlar, qoşqular və patrul katerləri daxil ola bilər.

Xəbər Lenti