Fransa 4,5 min hərbçinin hazırlanması üçün Ukraynaya təlimatçılar göndərəcək

Tarix: 07 Jun 2024 05:25

Fransa 4,5 min ukraynalı hərbçiyə təlim keçmək və onları silahla təmin etmək üçün Ukraynaya təlimatçılar göndərəcək.

APA xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “TF1” və “France 2” telekanallarına müsahibəsində deyib.

“Biz təklif edirik ki, 4,5 min ukraynalı əsgər hazırlansın, təchiz olunsun və öz torpaqlarının müdafiəsi üçün lazım olan sursat və silahlarla təmin olunsun. Beləliklə, fransalı təlimatçılar Ukrayna torpaqlarında olacaqlar”, - Makron vurğulayıb.

Xəbər Lenti