Türkiyədə ağır yol qəzası baş verib, yaralılar var

Tarix: 07 Jun 2024 06:59

Türkiyənin Bursa şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki , bu barəd “TRT Haber” məlumat yayıb.

İşıqforun rənglərini nəzərə alamadan hərəkət edən yük maşını işçiləri daşıyan avtomobillə toqquşub.

Qəzada xəsarət alan səkkiz nəfər xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti