Şəkidə iki yanğın baş verib, ev və avtomobil yanıb

Şəkidə iki yanğın baş verib, ev və avtomobil yanıb

Tarix: 04 Sep 2026 07:09

Şəkidə baş verən iki ayrı yanğın nəticəsində fərdi yaşayış evi və minik avtomobili yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ilk hadisə sentyabrın 3-də saat 23 radələrində Şəki şəhəri ərazisində qeydə alınıb.

Dilqəm Məmmədseyid oğlu Ağababayevə məxsus birmərtəbəli, üç otaq və aynəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları, içərisindəki əşyalar, həmçinin evə bitişik tikilmiş talvarın yanar konstruksiyaları yanıb.

Digər yanğın hadisəsi isə gecə saat 01 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Göybulaq kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan, Bilal Şaban oğlu Xalitova məxsus “Mercedes” markalı, 62-BL-162 dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş verib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Hər iki hadisə zamanı xəsarət alan olmayıb.

Yanğınların söndürülməsi üçün ərazilərə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və yanğınsöndürənləri cəlb olunub.

Faktlarla bağlı araşdırma aparılır.

Vüqar Heydərov Şəki yanğın yaşayış evi avtomobil

Mənbə: apa.az

Xəbər Lenti