Cümə, 4 Sentyabr, 2026
Tarix: 04 Sep 2026 08:18
Qlobal fond bazarlarında əsas indekslər üzrə artım üstünlük təşkil edib. “APA-Economics” xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 624,16 bənd və ya 1,18% artaraq 53 686,11 bəndə, S&P 500 81,11 bənd və ya 1,06% yüksələrək 7 747,71 bəndə, Nasdaq Composite isə 366,23 bənd və ya 1,40% artaraq 26 584,06 bəndə çatıb. NYSE Composite 0,92% artaraq 24 720,15 bənd, Kanadanın S&P/TSX Composite indeksi isə 1,50% yüksələrək 36 633,13 bənd təşkil edib. Avropada da əsas indekslər yüksəlib. Euro Stoxx 50 0,32% artaraq 6 382,59 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,70% yüksələrək 10 831,52 bəndə, Almaniyanın DAX indeksi 0,63% artaraq 26 003,32 bəndə çatıb. Fransanın CAC 40 indeksi 0,07% artaraq 8 286,40 bənd, İspaniyanın IBEX 35 indeksi isə 1,12% yüksələrək 20 000,20 bənd olub. Asiya-Sakit okean regionunda Yaponiyanın Nikkei 225 indeksi 1,07% artaraq 64 898,55 bəndə, Honq-Konqun Hang Seng indeksi 2,06% yüksələrək 25 733,88 bəndə, Çinin CSI 300 indeksi isə 0,43% artaraq 4 572,28 bəndə çatıb. Yaponiyanın TOPIX indeksi 0,01%, Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,22% azalıb. Analitiklərə görə, yüksəlişə əsas dəstəyi ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Kristofer Uollerin faiz dərəcəsinin dəyişdirilmədən saxlanılmasını dəstəkləyə biləcəyinə dair açıqlaması verib. Bu açıqlamadan sonra sentyabrda faiz artımı ehtimalı təxminən 63%-dən 50%-ə enib, ABŞ dövlət istiqrazlarının gəlirliliyi də geriləyib.
Rahim TarıverdiyevMənbə: apa.az