Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 07 Jun 2024 15:03
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Türkiyəyə yola düşüb.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Bildirilib ki, xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kəni Qəzzadakı vəziyyətlə bağlı D-8-in fövqəladə iclasında iştirak və çıxış etmək üçün Türkiyənin İstanbul şəhərinə gedib.