Ermənistan parlamentinin komissiyası Yunanıstanla hərbi-texniki sazişi təsdiqləyib

Tarix: 07 Jun 2024 19:31

Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyası Yunanıstanla Hərbi-Texniki Əməkdaşlıq Haqqında sazişi təsdiq edib.

APA-nın Ermənistan KİV-ə istinadən məlumatına görə, müdafiə nazirinin müavini Arman Sarqsyan çıxışında bu sənədin məqsədini açıqlayıb.

O bildirib ki, sənədin məqsədi iki ölkənin hərbi-texniki sahədə əməkdaşlığını daha da gücləndirmək və dərinləşdirməkdən ibarətdir.

Xəbər Lenti