Ərdoğan: "Bir tərəfdə Türkiyə bayrağı, bir tərəfdə Azərbaycan bayrağı. Siz hər iki qardaşı təmsil edəcəksiniz”

Tarix: 07 Jun 2024 22:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans yolu ilə danışdığı Türkiyənin ikinci kosmonavtı Tuva Cihangir Ataseverə uğurlar arzulayıb.

APA xəbər verir ki, danışıq zamanı "İkinci kosmonavtımız olacaqsınız, amma sonuncu olmayacaqsınız” deyən Ərdoğan kosmonavtın kosmosa apardığı Azərbaycan bayrağından da danışıb.

Anasının azərbaycanlı olduğu üçün kosmosa uçarkən bir tərəfində Türkiyə, digər tərəfində də Azərbaycan bayrağı olduğu üçün kosmonavtın hər iki qardaşı təmsil edəcəyindən danışan Ərdoğana Atasever “Türkiyə Cümhuriyyəti və Azərbaycan bayrağı olan iki bayrağımız yer üzündə çiyin-çiyinə və yan-yana olduğu kimi, kosmosda da sinəmdə olacaq” deyə qarşılıq verib.

Xəbər Lenti