Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 07 Jun 2024 21:26
Prezident Co Bayden bu yaxınlarda ABŞ-ın nüvə silahından istifadə şərtləri ilə bağlı yeni təlimatlar imzalayıb.
APA xəbər verir ki, ABŞ prezidentinin xüsusi köməkçisi, Ağ Evin Milli Təhlükəsizlik Şurasının silahlara nəzarət, tərksilah və yayılmaması üzrə baş direktoru Pranay Vaddi bildirib ki, təlimatlarda Çin Xalq Respublikasının nüvə arsenalının artımı və müxtəlifliyinin nəzərə alınmasının vacibliyi, həmçinin Rusiya, Çin və Şimali Koreyanın eyni vaxtda cilovlanmasının vacibliyi vurğulanır.