Türkiyənin XİN rəhbəri fələstinli həmkarı ilə telefon danışığı aparıb

Tarix: 07 Jun 2024 23:40

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Fələstinin baş naziri və xarici işlər naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirilib.

Danışıq zamanı sabah İstanbulda keçiriləcək Qəzza ilə bağlı D-8 Xarici İşlər Nazirləri Şurasının Fövqəladə Toplantısı və Fələstindəki son vəziyyət müzakirə edilib.

Xəbər Lenti