Rusiya XİN sözçüsü erməni səfirin Buça abidəsini ziyarətinə sərt reaksiya verib

Tarix: 08 Jun 2024 03:06

Ermənistanın Ukraynadakı səfirliyindən bir qrup nümayəndə heyəti Buça şəhərinə səfər edərək oradakı abidəni ziyarət ediblər.

APA xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məsələya sərt münasibət bildirərək erməni tərəfindən 2022-ci ildə orada öldürülənlərin siyahısını tələb edib.

Diplomatın sözləri Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyanın və İrəvanın Nor Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryanın Buçaya səfərinə reaksiya olub.

Zaxarova Ermənistan tərəfinin Rusiya ilə münasibətləri olduğu üçün Buçada öldürüldüyü iddia edilən şəxslərin siyahısının Rusiyaya veriləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat xidmətinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin bölmələri 2022-ci il fevralın 27-dən martın 31-dək Buçada olub. Ukrayna Silahlı Qüvvələri Buçanski rayonuna daxil olduqdan sonra orada 1190 yerli sakinin cəsədini aşkarlayıb. Amma Rusiya tərəfi belə bir hadisənin olmasını qətiyyətlə rədd edir və məsələnin sırf dezinformasiyadan ibarət olduğunu deyir.

Xəbər Lenti