Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 08 Jun 2024 04:25
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenin Ukraynaya dəstəyinin davam etdirəcəyinə inandığını bildirib.
APA xəbər verir ki, Ukrayna prezidentinin ofisindən verilən yazılı açıqlamaya görə, Vladimir Zelenski Fransanın paytaxtı Parisdə ABŞ prezidenti Co Baydenlə görüşüb.
İki lider Ukraynanın müdafiə qabiliyyətini və təhlükəsizlik sahəsində ikitərəfli sazişin imzalanmasına hazırlıq prosesini müzakirə edib.
Prezident Bayden Ukraynaya dəstəyini davam etdirəcəklərini ifadə edərək, ABŞ Konqresinin Ukraynaya yardım qərarından sonra yenisi də daxil olmaqla 6 yardım paketinin açıqlandığını bildirib.
Bu gün 225 milyon dollarlıq əlavə paket imzaladığını bildirən Bayden bir daha ABŞ-ın Ukraynanın yanında olmağa davam edəcəyini bildirib.
Bundan başqa Bayden aprel ayında imzaladığı ABŞ Konqresində Ukraynaya 61 milyard dollarlıq hərbi dəstəyin nəzərdə tutulduğu yardım paketinin qəbulunun uzun müddət gecikməsinə görə Zelenskidən üzr istəyib.