Hakan Fidan: Türkiyə və D-8 İsrailə təzyiqlərini davam etdirəcək

Tarix: 08 Jun 2024 12:07

İsrail Qəzzada ard-arda cinayətlər törədir. Qəzzada qətliamı törədənlər cəzasını çəkəcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən D-8 Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə və D-8 İsrailə qarşı təzyiqlərini davam etdirəcək.

Nazirin sözlərinə görə, Fələstinin BMT-yə tam üzv olması da qaçınılmaz reallıqdır.

H. Fidan, həmçinin, dünya ölkələrini Qəzzada atəşkəsə dəstək olmağa çağırıb.

Xəbər Lenti