Sərhədsiz Reportyorlar Təşkilatının rəhbəri 54 yaşında vəfat edib

Tarix: 08 Jun 2024 21:11

Sərhədsiz Reportyorlar Təşkilatının rəhbəri Kristof Deluar vəfat edib.

APA xəbər verir ki, Sərhədsiz Reportyorlar Təşkilatının baş direktoru Kristof Deluar 54 yaşında Parisdə vəfat edib.

Deluar Fransız televiziyası, “Le Point” jurnalı üçün işləyib və jurnalistlər üçün təlim mərkəzinə rəhbərlik edib.

O, 2012-ci ildən Sərhədsiz Reportyorlar Təşkilatına rəhbərlik edir. Deluarın ölüm səbəbinin xərçəng xəstəliyi olduğu bildirilir.

Xəbər Lenti