Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 08 Jun 2024 22:52
Şimali Koreya yenidən Cənubi Koreyaya içərisində zibil olduğu ehtimal olunan hava balonları göndərib.
APA xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsindən məlumat verilib.
Həmçinin qeyd olunur ki, mayın 29-da Şimali Koreya cənub qonşusunun hava məkanına zibil və peyinlə doldurulmuş 150-dən çox hava balonu göndərib.
Qeyd edək ki, bir müddət əvvək Şimali Koreya rəhbərliyi rəsmi Seul tərəfindən təbliğat materiallarının, o cümlədən Kim Çen Inın tənqidini əks etdirən broşüraların yayılmasına cavab verəcəklərini açıqlamışdı.