Bazar, 6 Sentyabr, 2026
Tarix: 06 Sep 2026 16:54
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner ilə paralel olaraq, danışıqlarda iştirak etmək üçün Kiyevə “Avropa üçlüyü” adlandırılan qrupun – Fransa, Böyük Britaniya və Almaniyanın nümayəndələri də gəlib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov X-da paylaşımında bildirib.
“Stiv Uitkoff və Cared Kuşnerin rəhbərlik etdiyi Amerika nümayəndə heyətini Kiyevdə qarşılamaqdan məmnunam. Qarşıda bizi sıx proqram və mühüm danışıqlar gözləyir. Kiyev həmçinin Avropadakı tərəfdaşlarımız – Fransa, Böyük Britaniya və Almaniyanın nümayəndələrinə ev sahibliyi edir. Birlikdə Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq istiqamətində çalışırıq”, – deyə Kirill Budanov qeyd edib.
https://x.com/Kyrylo_Budanov/status/2096558494304342313Kirill Budanov “Avropa üçlüyü”
Mənbə: apa.az