Ucarda yük avtomobili yanıb

Ucarda yük avtomobili yanıb

Tarix: 06 Sep 2026 20:34

Ucarda ağır tonnajlı yük avtomobili yanıb.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı- Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan kabellə yüklənmiş ağır tonnajlı yük avtomobili anidən alışaraq yanıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadası cəlb olunaraq yanğın söndürülüb.

Baş vermiş hadisə zamanı müəyyən müddətə yolda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.

Müvafiq qurumlar tərəfindən artıq avtomobillərin hərəkəti bərpa olunub. Faktla bağlı araşdırma aparılır.

Zahid Abışov
Ucarda yük avtomobili yanıb
Ucarda yük avtomobili yanıb
Ucarda yük avtomobili yanıb
Ucarda yük avtomobili yanıb
Ucarda yük avtomobili yanıb

Mənbə: apa.az

Xəbər Lenti