Azərbaycan və Gürcüstan yeni gömrük-keçid məntəqəsi ilə bağlı razılığa gəlib

Tarix: 09 Jun 2024 21:16

Gürcüstanın baş nazirinin illik hesabatında deyilir ki, yeni gömrük-keçid məntəqəsi Cənubi Qafqazda ticarət əlaqələrini daha da gücləndirməyə kömək edəcək.

APA xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin illik hesabatında Azərbaycan-Gürcüstan sərhədində yeni gömrük keçid məntəqəsinin açılması planlaşdırıldığı bildirilir.

Sənədə əsasən, tərəflər artıq müqavilə layihəsi üzrə razılığa gəliblər və hazırda memarlıq layihəsi hazırlanır.

Qeyd edək ki, hazırda Azərbaycanla Gürcüstan arasında beş avtomobil keçid məntəqəsi fəaliyyət göstərir - Qırmızı Körpü, Sadıxlı, Mazımqara, İpək Yolu və Muğanlı. Bundan əlavə, daha bir dəmir yolu məntəqəsi var; Böyük Kəsik

Xəbər Lenti