Nazir müavini: Azərbaycan bərpa olunan enerji sahəsində regional liderdir

Nazir müavini: Azərbaycan bərpa olunan enerji sahəsində regional liderdir

Tarix: 07 Sep 2026 11:32

Azərbaycan həm regional, həm də qlobal səviyyədə ən etibarlı enerji təminatçılarından biridir.

APA xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı deyib.

Elnur Soltanov qeyd edib ki, qlobal emissiyaların təxminən 70 faizi enerji sektorundan qaynaqlanır.

“Bərpa olunan enerji daha önəmlidir. Azərbaycan bu sahədə regional liderdir. Ölkəmizdə günəş və külək enerjisi potensialından istifadə olunur və bu göstəricilər 2027-ci ilə qədər daha da artacaq. Hazırda bərpa olunan enerjinin payını iki dəfə artırmışıq”.

Nazir müavini vurğulayıb ki, COP29 prosesinə əsasən, 2035-ci ilə qədər 300 milyard dolların səfərbər edilməsi nəzərdə tutulur: “COP31 bu prosesi daha da irəli aparacaq və daha çox vəsaitin təmin edilməsinə ehtiyac var. Bu məbləğlər minimum rəqəmlərdir və gələcək illərdə daha yüksək məbləğlərin səfərbər edilməsi mümkün ola bilər”.

Gülcahan İmanqızı BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Dördüncü İqlim Həftəsi CW4

Mənbə: apa.az

Xəbər Lenti