Beyləqanda yol qəzası olub, bir nəfər ölüb

Beyləqanda yol qəzası olub, bir nəfər ölüb

Tarix: 07 Sep 2026 19:05

Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Bolsulu kəndində qeydə alınıb.

Qəza nəticəsində kənd sakini, 1962-ci il təvəllüdlü Kərimov Seymur Qaraca oğlu ölüb.

Onun 1996-cı il təvəllüdlü qızı Muradova Aytən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy Beyləqan qəza

Mənbə: apa.az

Xəbər Lenti