HAMAS təmsilçisi ABŞ-ni İsrailə təzyiqləri artırmağa çağırıb

Tarix: 10 Jun 2024 14:17

ABŞ Qəzzada müharibənin başa çatması üçün İsrail tərəfinə təzyiqləri artırmalıdır.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu HAMAS-ın təmsilçisi Sami Əbu-Zühri bildirib.

O deyib ki, təmsil etdiyi təşkilat regionda vəziyyətin müzakirəsi üçün istənilən platforma çərçivəsində dialoqa hazırdır.

“ABŞ İsrail tərəfinə təzyiqləri artırsa, biz də müharibənin dayandırılmasına yönələcək istənilən təşəbbüslərə dəstək verəcəyik”, – Əl-Zühri qeyd edib.

Xəbər Lenti