Çərşənbə axşamı, 8 Sentyabr, 2026
Tarix: 08 Sep 2026 13:47
Ucarda yol qəzası olub, xəsarət alan var.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Volkswagen Polo” markalı minik avtomobili idarəetmədən çıxaraq yol ayırıcındaki beton səddə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 1979-cu il təvəllüdlü Xocalı rayon sakini Səbuhi Əliyev xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yol infraksukturuna ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov Bakı–Qazax yolu Ucar qəza yol xəsarət




Mənbə: apa.az