Ermənistan parlamenti müxalifətin növbədənkənar iclasla bağlı vəsatətini rədd edib

Tarix: 10 Jun 2024 17:13

Ermənistan Parlamentinin Şurası müxalifətin Baş nazir Nikol Paşinyana etimadsızlıq göstərilməsi məsələsinin müzakirəsi üçün iyunun 11-də növbədənkənar iclas keçirilməsi tələbini rədd edib. APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Ayk Konjoryan bildirib ki, onlar qanuna uyğun olaraq iyunun 17-də keçiriləcək növbədənkənar sessiyada iştirak etməyəcəklər.

Qeyd edək ki, Ermənistan Parlamentinin müxalifətdəki “Hayastan” və “Şərəfim var” fraksiyaları rəsmən növbədənkənar iclas keçirilməsi tələbini irəli sürüb.

Xatrıladaq ki, iyunun 9-da keçirilmiş mitinq zamanı keşiş Baqrat Qalstanyan hökumətin istefasına nail olmaq üçün 4 günlük oturaq aksiyalara başlamağı təklif edib. O, ölkə ictimaiyyətini bu aksiyalarda fəal iştiraka çağırıb.

Xəbər Lenti