Çərşənbə, 9 Sentyabr, 2026
Tarix: 08 Sep 2026 22:06
Bakının Xətai rayonu, Gəncə prospektində yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, ilkin məlumata görə, yanğın bölgədə yerləşən transformatorda qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır
Fərid Yusifov
Mənbə: apa.az