Çərşənbə, 9 Sentyabr, 2026
Tarix: 09 Sep 2026 00:37
Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda baş verib.
Belə ki, "KİA" markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.
İlkin məlumata əsasən hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Zahid AbışovMənbə: apa.az