Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 10 Jun 2024 20:29
Ermənistan parlamentində müxalif deputatların tələbi ilə “Hökumətin istefası ilə bağlı” növbədənkənar iclas keçiriləcək.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ölkə parlamentinin sədri Alen Simonyan sərəncam imzalayıb.
Bildirilib ki, növbədənkənar iclas iyunun 17-də saat 18:30-da keçiriləcək.