“Volvo” 70 mindən çox elektrik avtomobilini geri çağırır

Tarix: 10 Jun 2024 23:19

İsveçin avtomobil istehsalçısı “Volvo” indiyədək satılan bütün EX30 elektrik avtomobillərini geri çağırır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, buna səbəb avtomobillərin proqram təminatında yaranan problemlərdir.

Geri çağırılan avtomobillərin sayı təxminən 72 min ədəddir.

Xəbər Lenti