HƏMAS Təhlükəsizlik Şurasının Qəzzaya dair qətnaməsini alqışlayıb

Tarix: 11 Jun 2024 03:24

Fələstinin Həmas hərəkatı Qəzza zolağında daimi atəşkəs tələb edən qətnaməyə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb.

“HƏMAS BMT Təhlükəsizlik Şurasının qətnaməsinə daxil olanları alqışlayır”, - bəyanatda deyilir.

Sənəddə HƏMAS-ın razılaşmaların həyata keçirilməsi üçün dolayı danışıqlara hazır olduğu qeyd edilir.

Xəbər Lenti