Tramp Senatdakı Respublikaçılarla yeni prezidentlik müddətinin planlarını müzakirə edəcək

Tarix: 11 Jun 2024 04:21

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Vaşinqtonda ABŞ Senatının Respublikaçılar Partiyasından olan üzvləri ilə noyabrda keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə irəli sürmək niyyətində olduğu strateji prioritetləri müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, görüş iyunun 13-nə planlaşdırılıb, onun təşəbbüskarı isə senator Con Barrassodur.

Xəbər Lenti